Mahnı SözləriAzərbaycan mahnı sözləri

M

3

Xoşbəxt olsun bəylə gəlin – Təranə Qumral & Musa Musayev

İki aşiq kama yetir
Bu xoş günə siz də gəlin
Ayrılıqlar sona yetir
Xoşbəxt olsun bəylə gəlin

Məhəbbətlər qoşalaşar
Sevincimiz aşıb-daşar
Qocalar da cavanlaşar
Bu xoş günə siz də gəlin

Xoşbəxt olsun bəylə ,gəlin
Xoşbəxt olsun bəylə, gəlin
Hamımız bir səslə deyək
Bu xoş günə siz də gəlin

Ürəyi döyünür bəyin
Naz eyləyir tazə gəlin
Hamınız bir səslə deyin
Xoşbəxt olsun bəylə, gəlin

Tərif deyək bəy,gəlinə
Düşüblər eşqin gölünə
Qovuşublar bir-birinə
Bu xoş günə siz də gəlin

Xoşbəxt olsun bəylə ,gəlin
Xoşbəxt olsun bəylə, gəlin
Hamımız bir səslə deyək
Bu xoş günə siz də gəlin

Tagged

Reklam

2 thoughts on “Xoşbəxt olsun bəylə gəlin – Təranə Qumral & Musa Musayev

  1. gunes

    Bütün bəy və gəlinlərimiz xoşbəxt olsunlar Amin.Mən Təranə Qumralı və Musa Musayevi çox bəyənirəm.Bu arada mahnı çox gözəldir.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir