Mahnı SözləriAzərbaycan mahnı sözləri

A

3

Ay sevgilim – Abbas Bağırov

Yel toxundu yarpaqlara,
Nəğmə qondu dodaqlara,
Durub baxdım uzaqlara,
Səni gördüm, ay sevgilim.

Bir mehriban üz görəndə,
Bir cüt ala göz görəndə,
Qara xallı üz görəndə,
Səni gördüm, ay sevgilim.

Ya özümdən küsəndə mən,
Ya fikirli gəzəndə mən,
Gözəllərin gözündə mən,
Səni gördüm, ay sevgilim.

Bir mehriban üz görəndə,
Bir cüt ala göz görəndə,
Qara xallı üz görəndə,
Səni gördüm, ay sevgilim.

Tagged , ,

Reklam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir